...

Lənkəranda boşanmaların sayı artır

Cəmiyyət Materials 6 Avqust 2013 13:13 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Lənkəranda bağlanan nikahlarla müqayisədə boşanmaların sayının artması xüsusi diqqət çəkir.
Lənkəranda boşanmaların sayı artır

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Bu ilin 6 ayı ərzində Lənkəranda bağlanan nikahlarla müqayisədə boşanmaların sayının artması xüsusi diqqət çəkir.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Lənkəran rayon Qeydiyyat şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Tağıyev bildirib.

Tağıyev qeyd edib ki, 2012-ci il ərzində boşanmaların sayı 102 olduğu halda, təkcə 2013-cü ilin 6 ayı ərzində elə həmin rəqəm, yəni 102 boşanma faktı qeydə alınıb:

"Bu kəskin fərq və ürəkağrıdan göstərici cəmiyyətimizi düşündürməli, boşanmaların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlərin, o cümlədən maarifləndimə tədbirlərinin görülməsini zəruri etməlidir. Cütlüklərin isə ailə qurarkən evliliyin məsuliyyətini dərk etməsi onların özləri və dünyaya gələcək uşaqları üçün daha xeyirli olardı."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti