...

Nəqliyyat Nazirliyi: Bakı yollarında tıxaclara qarşı görülən tədbirlər öz effektivliyini göstərir

Cəmiyyət Materials 20 Avqust 2013 13:49 (UTC +04:00)
Son zamanlar Bakı şəhərində bir sıra avtomobil dayanacaqlarının açılışı tıxacların yaranması və paytaxt küçələrində gərginliyin qarşı mübarizədə öz effektivliyini göstərir.
Nəqliyyat Nazirliyi: Bakı yollarında tıxaclara qarşı görülən tədbirlər öz effektivliyini göstərir

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir E.İsmayılov/

Son zamanlar Bakı şəhərində bir sıra avtomobil dayanacaqlarının açılışı tıxacların və paytaxt küçələrində gərginliyin yaranmasına qarşı mübarizədə öz effektivliyini göstərir. Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Daha əvvəl Bakının mərkəzində xüsusi dayanacaqların olmaması ilə bağlı sürücülər öz avtomobillərini yol kənarlarında saxlayırdılar ki, bu da nəqliyyatın hərəkət prosesini xeyli çətinləşdirirdi.

Paytaxtda pullu avtomobil dayanacaqlarının açılışı ilə əlaqədar respublika polisi dayanacaq qaydalarını pozaraq və bununla da nəqliyyatın azad və fasiləsiz axınına mane olan sürücülərə, o cümlədən sərnişinlərə onlara qarşı ciddi inzibati tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirib: "Avtomobil dayanacaqlarının tikintisi və istismara verilməsi hazırda vacib məsələdir və bu proses öz effektivliyini göstərir".

Namiq Həsənov bildirib ki, həmçinin tıxaclara qarşı mübarizədə öz effektivliyini paytaxt küçələrində yeni yolayrıcları, yeraltı tunellər, yerüstü və yeraltı keçidlərin tikintisi də göstərir: "Bütün bu işlərin kompleks şəkildə həyata keçirilməsinə ehtiyac var və onlar reallaşdırıldıqca öz effektivliyini göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti