...

TQDK sədri Tədrisdə Qiymətləndirmə üzrə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq

Cəmiyyət Materials 22 Avqust 2013 12:04
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və komissiyanın iki əməkdaşı Tədrisdə Qiymətləndirmə üzrə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaqlar.
TQDK sədri Tədrisdə Qiymətləndirmə üzrə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və komissiyanın iki əməkdaşı Tədrisdə Qiymətləndirmə üzrə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaqlar.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tədrisdə Qiymətləndirmə üzrə Beynəlxalq Mütəxəssislər Qrupu Birləşmiş Millətlər Təşkilatının UNESCO Statistika İnstitutu (USİ) və Brookinqs Universal Təhsil Mərkəzinin (UTM) birgə təşəbbüsü ilə yaradılıb.

Qeyd olunan qrup dünyanın əksər ölkələrində müxtəlif yaş qrupunda olan uşaqların, həmçinin gənclərin daha yaxşı təhsil almaları üçün mövcud imkanları araşdırmaqla müasir dövr üçün tədris prosesində hədəflərin müəyyənləşdirilməsi, araşdırmaların aparılması işi ilə məşğul olacaq.

Mütəxəssislər qrupuna özündə BMT agentliklərindən olan nümayəndələri, milli hökumətləri, ikitərəfli donorları və qlobal regional səviyyədə siyasi nüfuzu olan vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən 3 həmsədr başçılıq edir.

Texniki işçi qruplarından və geniş beynəlxalq məşvərətçi qrupdan alınacaq tövsiyələrə əsaslanaraq mütəxəssislər qrupu uşaqlıq, ibtidai və sonrakı dövrlərdə tədris bacarıqlarını yoxlamaq və artırmaq üçün müvafiq layihələr hazırlaycaq, ölçmə üsullarını təklif edəcəklər.

Qeyd olunan qurumdaq işçi qrupuna 40 ölkədən olan 125 üzv seçilib ki, onların arasında TQDK əməkdaşları Natiq Əliyev və Vəli Hüseynov da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti