...

Həftənin ilk iş günündə havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir

Cəmiyyət Materials 1 Sentyabr 2013 15:30 (UTC +04:00)
Həftənin ilk iş günündə havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Həftənin ilk iş günündə havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir

Azərbaycan, Bakı, 1 sentyabr / Trend /

Həftənin ilk iş günündə havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 2-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti, Abşeron yarımadasında temperatur gecə 19-24, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 2-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq.

Havanın temperaturu Aran rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti