...

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə vakant müəllim yerlərinin sayının artmasının səbəblərini açıqlayıb

Cəmiyyət Materials 2 Sentyabr 2013 10:40 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2013-2014-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu zamanı daha çox vakant müəllim yerlərinin təqdim edilməsinin səbəblərini açıqlayıb.
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə vakant müəllim yerlərinin sayının artmasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2013-2014-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu zamanı daha çox vakant müəllim yerlərinin təqdim edilməsinin səbəblərini açıqlayıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, cari ildə ümumtəhsil məktəblərində vakant müəllim yerlərinin sayının müəyyən qədər artması 6-11 saat dərs yükünün vakant hesab edilməsi ilə əlaqədardır.

Nazirlikdən bildirilib ki, əvvəlki illərdə 6-11 saat dərs yükü vakant hesab edilmirdi: "Nəzərə alaq ki, bu həcmdə dərs yükü ixtisas üzrə müəllim olmayan kiçik məktəblərdə mövcuddur. Bu il isə həmin yerlər də vakant yer kimi elan edildi ki, dərs yükü az olsa da, həmin fənlər ixtisas müəllimi tərəfindən tədris edilsin".

Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün müəllimlərin işə qəbulu zamanı 3286 vakant müəllim yeri təqdim edilmişdi. Bu yerlərin sayı ötən tədris ili müqayisədə çox idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti