...

Sentyabrın 8-dək Azərbaycanın bəzi rayonlarında hava yağışlı olacaq

Cəmiyyət Materials 6 Sentyabr 2013 14:27 (UTC +04:00)
Sentyabrın 8-dək respublikanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin yağışlı olacağı gözlənilir.
Sentyabrın 8-dək Azərbaycanın bəzi rayonlarında hava yağışlı olacaq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 8-dək respublikanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin yağışlı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 7-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Gözlənilən temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Əksər aran rayonlarında əsasən yağmursuz hava şəraiti pambıq və yonca əkinlərində suvarma ehtiyacını saxlayacaq. Axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağışların olması bağlarda meyvələrin və bostanlarda tərəvəzin və üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaratmayacaq. Ümumiyyətlə, yağıntılar torpaqda məhsuldar rütubət ehtiyatlarını artıracaq, lakin Şəki - Zaqatala bölgəsində yığılmış tütün yarpaqlarının qurudulma şəraitini bir qədər çətinləşdirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti