...

Azərbaycanın bəzi təhsil proqramlarına narkomanlıq probleminə aid mövzular daxil ediləcək

Cəmiyyət Materials 9 Sentyabr 2013 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ixtisasartırma və yenidənhazırlanma institutlarında məktəb psixoloqlarının hazırlığı proqramına narkomanlıq probleminə aid mövzular daxil ediləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planında nəzərdə tutulub.

Proqrama əsasən, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları, valideynlər üçün metodik tövsiyələr hazırlanacaq. Narkomanlığın zərəri barədə metodik-tədris vəsaitləri hazırlanacaq, elmi tədqiqat işləri genişləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti