Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Bu payız "British Airways" aviaşirkəti bütün Azərbaycan səyahətsevərlərini Böyük Britaniya ilə tanış olmağa dəvət edir. "Visit Britain" adlanan xüsusi kampaniya çərçivəsində aviaşirkət bir sıra istiqamət üzrə aviabiletlərin qiymətini endirərək, Böyük Britaniyaya səyahət edənlərə məhdud tariflərdən və endirimdən yararlanmağa təklif edir.
"British Airways" şirkəti Böyük Britaniyaya gələn qonaqların rahat səyahətini xüsusi təkliflərlə uyğunlaşdırmaq üçün imkan yaratmağa çalışır. "Big British Invite" kampaniyası çərçivəsində aviaşirkət Londonun Harrods's, Liberty və Westfield kimi mərkəzi küçələrində yerləşən brend butiklərində ekslüziv endirimlər təklif edir. Butiklərdə endirimdən yararlanmaq üçün alıcılar "British Airways"ın hədiyyə kartını təqdim etməlidir.
Bundan başqa, kampaniya çərşivəsində "British Airways" şirkəti müştərilərinə London dəb həftəsi, Devid Bekhemin yeni sərgisi kimi tədbirlərdə iştirak etmək, həmçinin, Böyük Britaniyanın zəngin mədəniyyəti və irsi ilə tanış olmaq imkanını yaradır.
"Azərbaycan bazarı bizim üçün çox vacibdir və biz müştərilərimizlə qarşılıqlı əlaqənin inkişafı üçün daim yeni yollar axtarışındayıq. Böyük Britaniya ilboyu həm alış-veriş, həm də mədəniyyət və incəsənətlə tanış olmaq üçün gözəl məkandır. Biz xüsusi tarif və təkliflərimizlə Azərbaycandan olan qonaqlarımızı Böyük Britaniyada salamlamaqda çox şadıq. Səyahət uçuşdan başlayır və "British Airways" Böyük Britaniya qonaqpərvərliyi ilə tanış olmaq üçün ən yaxşı fürsətdir", - deyə aviaşirkətin Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional kommersiya direktoru Paolo de Renzis bildirib.
Hazırda Böyük Britaniyaya gələnlər əsasən London aviareysindən istifadə edir. Lakin son zamanlar Mançester, Qlazqo və Edinburq kimi şəhərlərə də uçan sərnişinlərin dinamikasında da artım müşahidə olunur. Bu tələbatı ödəmək məqsədilə "British Airways" aviaşirkəti ekslüziv tarifləri çərçivəsində Mançester, Qlazqo, Edinburq, Aberdin, Lids və Cersi şəhərlərinə uçuşları London tarifinə əlavə olaraq endirimlə təklif edir.
Böyük Britaniyaya səyahət edənlər məhz Azərbaycan bazarı üçün nəzərdə tutulmuş endirimli tariflərlə bu ölkəni ziyarət edə bilərlər. Aksiya sentyabr ayında minimal qiyməti 484 avro təşkil edən "World Traveler" sinfinə alınan aviabiletlərə şamil olunur. "British Airways"ın London və digər şəhərlərə uçuş cədvəli ilə aviaşirkətin veb-səhifəsində (www.ba.com) tanış olmaq olar. Bu səhifədə səhayətçilər biletlərin rezervasiyasını, alışını və qeydiyyatını online qaydada həyət keçirə bilərlər.
"British Airways" haqqında
• "British Airways" Bakıdan Londonun Hotrou hava limanına gündəlik üçüşlar təklif edir
• "British Airways" - marşrut şəbəkəsi 75 ölkənin 165 istiqamətini əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
• "British Airways" hər il bütün dünya üzrə 36 mln. sərnişin daşıyır.
• Aviaşirkət təyyarələrdə əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycan müştərilərinə təyyarədə 2 salon - biznes və ekonom sinifləri arasında seçim hüququ verilir.
• "British Airways" yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.