...

Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirildi (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2013 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

"Mərkəzi Bankda korporativ sosial məsuliyyət (KSM) institutunun yaradılması" layihəsi çərçivəsində B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, qanvermə aksiyasında iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilib. Nəticədə aksiyada könüllü iştirak edən 40-a yaxın əməkdaşdan qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti