...

Sabah Bakının bəzi ərazilərində içməli su olmayacaq

Cəmiyyət Materials 27 Sentyabr 2013 19:15 (UTC +04:00)
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar sentyabrın 28-də gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Sabah Bakının bəzi ərazilərində içməli su olmayacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Sabah Bakının bəzi ərazilərinə içməli su verilməyəcək.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar sentyabrın 28-də gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti