...

Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara sosial müavinət ayrılacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 30 Sentyabr 2013 11:44 (UTC +04:00)
Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara sosial müavinət ayrılacaq. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bazar ertәsi keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.
Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara sosial müavinət ayrılacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara sosial müavinət ayrılacaq. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bazar ertәsi keçirilən iclasında "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən komitә sәdri Hadi Rəcəbli bildirib ki, qanuna 4.0.1.12 -"beş vә beşdәn çox uşağı olan qadına müavinət" adlı maddə əlavə olunur.

Qanuna edilən digər əlavədə isə yuxarıdakı əlavənin davamı olaraq izah olunur ki, "beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda verilir. Eyni zamanda, əlavələr layihəsində bildirilir ki, beşdən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olana qədər verilir. Bildirilib ki, müavinətin miqdarını müvafiq icra hakimiyyəti təyin edəcək. Layihə Parlamentin plenar iclasına tövsiyə olunub.

H.Rəcəbli deyib ki, bu gün Azərbaycanda 10 mindən çox beşdən çox uşağı olan qadın var. O qeyd edib ki, SSRİ dövründə Azərbaycanda təkcə 20 mindən çox 10-dan artıq uşağı olan qadın vardı. H. Rəcəbli deyib ki, bu gün Azərbaycanda il ərzində təxminən 90 nikah bağlanır: "Eyni zamanda il ərzində təxminən 165 min uşaq dünyaya gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti