...

Elşad İskəndərov: Milli mənəvi dəyərlərin geniş ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2013 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Milli kimliyimizi formalaşdıran və onun ayrılmaz hissələri olan milli mənəvi dəyərlərin tədqiq edilib geniş ictimayyətə çatdırılması böyük əhəmiyyət kəsb edir. Trend-ə Dövlət Komitəsindən daxil olan məlumata əsasən, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov "Milli mənəvi dəyərlər və Milli Kimlik layihəsi" çərçivəsində nəşr olunması planlaşdırılan eyniadlı kitabda məqalə ilə çıxış edəcək alim və tədqiqatçılarla keçirdiyi görüşdə bildirib.

E.İskəndərovun sözlərinə görə, kitabdakı məqalələr Azərbaycan milli kimliyində milli mənəvi dəyərlərin rolu barədə əsas konturları müəyyən etməyə yönəlib: "Bu çox əhəmiyyətli bir məsələdir. Çünki qeyd olunan sahədə təəssüf ki, mütəxəssislərin öz aralarında belə tam bir konsensusun olmadığını görürük. Bəzən bizə yaxın və qonşu olsalar da, başqa xalqların milli kimliklərinin ünsürləri bizim kimliyimizin bir hissəsi kimi təqdim olunur. Bəzən də əksinə, kimliyimizin ayrılmaz hissələrinin mənimsənilmədiyinin və yad ünsürlər kimi göstərildiyinin şahidi oluruq".

Qeyd edək ki, "Milli mənəvi dəyərlər və Milli Kimlik layihəsi" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iştirakı və "Müasir İnkişaf" İctimai Birliyinin təkilatçılığı ilə həyata keçirilir. Layihə çərçivəsində nəşr olunması planlaşdırılan eyniadlı kitabda Azərbaycan milli kimliyinin müxtəlif ünsürləri haqqında 20-dən çox məqalə yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti