...

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalıb

Cəmiyyət Materials 21 Oktyabr 2013 17:22 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış təhqiqatlar nəticəsində istehsalatla əlaqəli hesab edilmiş bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında 153-dən 128-ə enib.
Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış təhqiqatlar nəticəsində istehsalatla əlaqəli hesab edilmiş bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında 153-dən 128-ə enib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, istehsalatla əlaqəli bədbəxt hadisələr zamanı xəsarət alanların sayı 30 nəfər azalaraq 90 nəfər təşkil edib.

Qeyd olunan dövrdə əməyin mühafizəsi ilə bağlı tikinti sektorunda müsbət dinamika olaraq, bu sektorda baş vermiş bədbəxt hadisələrin sayı 55-dən 39-a, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 26 nəfərdən 19 nəfərə, xəsarət alanların sayı 39 nəfərdən 24 nəfərə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti