...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kolleksiyasına "Quran"-ın orijinal əlyazmaları təqdim olunub (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2013 10:39 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin orijinal əlyazmalar kolleksiyasına yeni əlyazmalar təqdim olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kolleksiyasına "Quran"-ın orijinal əlyazmaları təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin orijinal əlyazmalar kolleksiyasına yeni əlyazmalar təqdim olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, bunlar əsasən 1126 AH (1709 AH) dönəminə aid olan "Quran" kitabının "Əl Bəqərə" və "Əl Fatihə" sürələrinin 14 sm x 20 sm ölçüsündə olan qızılla işlənilmiş orijinallarıdır.

Təqdim olunan əlyazmaların ən önəmlisi isə Osmanlı dönəminin ən məşhur xəttatı olan Şeyx Həmdullah (1436-1520) tərəfindən yazılmış "Qurani Kərim"dir. Şeyx Həmdullah bütün həyatını 47 heyrətamiz gözəllikdə "Quran" kitabını yazmağa həsr edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Şərqin mədəniyyəti və tarixinin ən nadir inciləri sayılan Nizami Gəncəvinin "Xəmsə"sinə həsr olunmuş orijinal əlyazma və illüstrasiyalardan ibarət arxivin artıq Bişkek, Vaşinqton, İsgəndəriyyə, Tbilisi daxil olmaqla on beşə yaxın sərgisini təşkil edib.

2014-cü ildən başlayaraq İsgəndəriyyə Kitabxanası, Türkiyə Milli Kitabxanası və Küveyt Fondu ilə birgə İpək Yolu layihəsi çərçivəsində mövcud orijinal əlyazma və illüstrasiyaları daha geniş kütləyə təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti