...

Səhiyyə Nazirliyinin tabeliyində olan 10 müalicə-diaqnostika mərkəzi büdcədən maliyyələşəcək

Cəmiyyət Materials 23 Oktyabr 2013 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na etdiyi dəyişikliklər əsasında 10 müalicə-diaqnostika mərkəzi büdcədən maliyyələşən müəssisələr siyahısına daxil edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə-diaqnostika mərkəzləri "Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda büdcədən maliyyələşən müəssisələr bölməsinə daxil edilib. Bununla yanaşı, Psixi Sağlamlıq Mərkəzi "Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda stasionar müəssisələr sırasına daxil edilib.

Mərkəzi Neftçilər Xəstəxanasının adı isə təsərrüfathesablı tibb müəssisələrinin bölməsinə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti