...

SOCAR nümayəndəliyinin rəhbəri Rumıniyada "İlk 1000 ən vacib iş adamı" siyahısına düşüb

Cəmiyyət Materials 24 Oktyabr 2013 17:57 (UTC +04:00)
SOCAR Rumıniya nümayəndəliyinin rəhbəri Rumıniyada "İlk 1000 ən vacib iş adamı" siyahısına daxil edilib.
SOCAR nümayəndəliyinin rəhbəri Rumıniyada "İlk 1000 ən vacib iş adamı" siyahısına düşüb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

SOCAR Rumıniya nümayəndəliyinin rəhbəri Rumıniyada "İlk 1000 ən vacib iş adamı" siyahısına daxil edilib.

Trend-in məlumatına görə, Rumıniyanın iqtisadiyyat sahəsindən nüfuzlu "Ziarul Financiar" qəzetinin əlavəsi olan "Rumıniya biznesində kim kimdir?" jurnalının növbəti oktyabr sayı işıq üzü görüb. 2013-cü ilin sayca 6-cı buraxılışı olan jurnalda Rumıniya iqtisadiyyatına töhfə verən 1000 iş adamı barədə məlumat verilib və "İlk 1000 vacib iş adamı" arasında SOCAR Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov da yer alıb.

Xatırladaq ki, hər ilin iyun ayında Rumıniya iqtisadiyatının formalaşması və şirkətlərin ölkə iqtisadiyyatındakı rolunu nəzərə almaqla "Ziarul Financiar" qəzeti sorğu keçirir və sorğunun nəticəsi olaraq ilin 1000 ən vacib iş adamını müəyyən edir.

Qeyd edək ki, bu dəfə jurnalda Rumıniyada müxtəlif sahələrdə çalışan aparıcı iş adamları, bank rəhbərləri, trans-milli şirkətlərin nümayəndələri yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti