...

İstirahət günü Bakıda yağış yağacaq

Cəmiyyət Materials 26 Oktyabr 2013 12:46 (UTC +04:00)
Sabah Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.
İstirahət günü Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 27-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti