Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Şamaxı-Padar avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 3-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolda artıq 18 km hissədə 3 qat, 5 km hissədə 2 qat asfalt-beton örtük salınıb, 42 km məsafədə isə yolun əsaslı tikintisi başa çatdırılıb.
Hazırda 7 km hissədə asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub və cənub-qərb rayonları ilə əlaqələndirir.