...

Azərbaycanda ilk dəfə 25 günlük körpənin gözündə əməliyyat aparılıb

Cəmiyyət Materials 1 Noyabr 2013 16:41 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq 25 günlük uşağın gözündə cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat Respublika Diaqnostika Mərkəzində həyata keçirilib.
Azərbaycanda ilk dəfə 25 günlük körpənin gözündə əməliyyat aparılıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq 25 günlük uşağın gözündə cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat Respublika Diaqnostika Mərkəzində həyata keçirilib.

Trend-in məlumatına görə, Mərkəzin baş oftalmoloq həkimi Xəlil Hüseynov jurnalistlərə bildirib ki, uşaq cərrahiyyəsi üçün diaqnostika əsasdır. Düzgün diaqnostikanın aparılması üçün müasir avadanlıqlar lazımdır.

Həkimin sözlərinə görə, Mərkəzdə gözlə bağlı xəstəliklərdən əziyyət çəkən bütün uşaqlar, hətta yeni doğulmuşlar da əməliyyat oluna bilərlər. Respublika Diaqnostika Mərkəzində uşaqlara tam tələblərə uyğun narkoz verilir və əməliyyatlar həyata keçirilir.

X.Hüseynov qeyd edib ki, Mərkəzdə 101 yaşlı insan üzərində də əməliyyat aparılıb. Fəsadlı "Mirvari suyu"ndan (katarakt) əziyyət çəkən həmin xəstənin görmə qabiliyyəti tam bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti