...

Gələn il xarici ölkələrin ali məktəblərində Azərbaycanşünaslıqla bağlı tədqiqatlar aparılacaq

Cəmiyyət Materials 5 Noyabr 2013 17:11 (UTC +04:00)
Gələn il Azərbaycanın dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatlar aparılacaq.
Gələn il xarici ölkələrin ali məktəblərində Azərbaycanşünaslıqla bağlı tədqiqatlar aparılacaq

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il Azərbaycanın dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatlar aparılacaq. Trend-in məlumatına görə, bu, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin zərfində nəzərdə tutulur.

Dövlət büdcəsi layihəsində qeyd edilir ki, ilk dəfə olaraq 2014-cü ilin dövlət büdcəsinin "Təhsil xərcləri" bölməsində xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclər üçün 2,5 milyon manat nəzərdə tutulub.

2014-1017-ci illər üçün Dövlət İnvestisiya Proqramı çərçivəsində respublikanın ali təhsil müəssisələrinin təmiri və tikintisi, eləcə də digər elm xərcləri üçün 22 826,0 min manat sərf etmək nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti