...

Azərbaycanda nəqliyyat və rabitə sahəsində çalışan işçilərin əməkhaqqısı artıb

Cəmiyyət Materials 8 Noyabr 2013 06:23 (UTC +04:00)
Azərbaycanda cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 72,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb.
Azərbaycanda nəqliyyat və rabitə sahəsində çalışan işçilərin əməkhaqqısı artıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanda cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 72,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, işçilərin 52,8 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 15,1 faizi hava nəqliyyatı, 18,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqısı 7,1 faiz artaraq 530,0 manat olub, bu göstərici hava nəqliyyatında 819,7 manat, dəniz nəqliyyatında 728,5 manat, metro nəqliyyatında 529,8 manat, avtomobil nəqliyyatında 496,8 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib. Əməkhaqqı dəmir yolu nəqliyyatında 9,0 faiz, metro nəqliyyatında 7,0 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında isə 4,9 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əməkhaqqısı isə 8,0 faiz artaraq 668,8 manat olub.

Xəbər lenti

Xəbər lenti