...

Tbilisidə KİV-in Cənubi Qafqaz konfransı açılır

Cəmiyyət Materials 11 Noyabr 2013 10:11 (UTC +04:00)
Noyabrın 11-12-də kütləvi informasiya vasitələrinin X "Reflecting on OSCE Media Freedom Commitments" Cənubi Qafqaz konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gürcüstan XİN xəbər verib.
Tbilisidə KİV-in Cənubi  Qafqaz konfransı açılır

Gürcüstan, Tbilisi, 11 noyabr/ Trend, müxbir N.Kirtsxaliya /

Noyabrın 11-12-də kütləvi informasiya vasitələrinin X "Reflecting on OSCE Media Freedom Commitments" Cənubi Qafqaz konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gürcüstan XİN xəbər verib.

Konfransı ATƏT-in Dunya Miyatoviçin rəhbərlik etdiyi Kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə ofisi təşkil edib. Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze konfransda çıxış edəcək. Konfrans çərçivəsində M.Pancikidzeinin Dunya Miyatoviçlə görüşü gözlənilir.

Konfransın işində Gürcüstan, Azərbaycan və Ermənistan hakimiyyətlərinin, KİV və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcəklər.

Konfrans saat 10.00-da "Courtyard Marriott" mehmanxanasında öz işinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti