...

Ekologiya və təbii sərvətlər naziri Gəncədə vətəndaşların qəbulunu keçirib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2013 14:55 (UTC +04:00)
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında Gəncə şəhərinin, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarının vəndaşları ilə görüşüb.
Ekologiya və təbii sərvətlər naziri Gəncədə vətəndaşların qəbulunu keçirib (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında Gəncə şəhərinin, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarının vəndaşları ilə görüşüb.

ETSN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin məsul işçilərinin iştirak etdiyi görüşdə 50-ə yaxın vətəndaşın fikir və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti