...

"European Jewish Press": Azərbaycanda antisemitizm anlayışı yoxdur

Cəmiyyət Materials 18 Noyabr 2013 11:49 (UTC +04:00)
Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda ayrı-seçkilik, sosial düşmənçilik, yaxud mütəşəkkil antisemitizm təzahürləri yoxdur.
"European Jewish Press": Azərbaycanda antisemitizm anlayışı yoxdur

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda ayrı-seçkilik, sosial düşmənçilik, yaxud mütəşəkkil antisemitizm təzahürləri yoxdur. Trend-in məlumatına görə, bu barədə Belçikanın "European Jewish Press" (EJP) nəşri Brüsseldə yerləşən "Sərhədsiz İnsan Haqları" qeyri-hökumət təşkilatının sədri, Avropa Parlamentində və Aİ-nin digər institutlarında insan hüquqlarının müdafiəsi və dini dözümlülük məsələləri ilə məşğul olan Villi Fotredən sitat gətirib.

Məqalədə deyilir ki, Fotre avqustda Azərbaycanın onlarla qeyri-müsəlman dini icmasına səfər edən QHT-nin missiyasının rəhbəri olub.

Materialda qeyd olunur ki, Azərbaycan insanların müxtəlif konfessiyalara - islam, xristianlıq, yəhudi və digərlərinə mənsub olduqları, əsrlər boyu sülh və qardaşlıq şəraitində birgə yaşadıqları, fundamental islam ideyalarının dövlətin tolerantlıq atmosferinə heç bir təsirə malik olmadığı dünyəvi ölkədir.

QHT missiyasının rəhbəri bildirir: "Yəhudilər, xristianlar, müsəlmanlar dinin tam azadlığından istifadə edirlər və Azərbaycanda yəhudilərin olması heç vaxt düşmənçilik reaksiyasına səbəb olmur".

Məqalədə bildirilir ki, islam, xristian liderləri və yəhudi icmalarının başçıları başqa dinlərə qarşı tolerantlıq göstərirlər. Bütün bunlar ölkədə müxtəlif dinlərə münasibətdə xüsusi tolerantlıq mədəniyyəti, müəyyən dinlərarası həmrəylik yaradıb.

Məqalədə deyildiyi kimi, 2003-cü ildə Bakıda müxtəlif konfessiyaların, o cümlədən, azərbaycanlı müsəlman sponsorların səxavəti nəticəsində yeni sinaqoq açılıb və elə həmin il ilk yəhudi məktəbi fəaliyyət üçün lisenziya alıb.

Avropa yəhudilərinin Azərbaycandakı dini icmasının nümayəndəsi Moisey Bekker yəhudi icması ilə ölkə arasındakı ənənəvi əlaqələri təsdiqləyib.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib: "Azərbaycanın dini tolerantlığının uğurlu modeli dünyanın başqa ölkələrində də tətbiq edilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti