...

Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2013 11:11 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov noyabrın 27-də seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edib.
Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov noyabrın 27-də seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edib.

Trend-in məlumatına görə, həmişə olduğu kimi bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub.

Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ ilə bağlı deputat müvafiq addımların atılacağını bildirib.

Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları hər həftə qəbul etmək deputat Novruz Aslanovun əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə millət vəkili hər həftə İsmayıllı rayonuna səfər edir. Eyni zamanda rayonda keçirilən kütləvi tədbirlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti