...

Sabah Bakının bəzi yerlərində yağış, ölkənin dağlıq ərazilərində isə sulu qar və qar yağacaq

Cəmiyyət Materials 28 Noyabr 2013 12:24 (UTC +04:00)
Sabah Bakının bəzi yerlərində yağış, dağlıq ərazilərdə isə sulu qar və qar yağacaq.
Sabah Bakının bəzi yerlərində yağış, ölkənin dağlıq ərazilərində isə sulu qar və qar yağacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakının bəzi yerlərində yağış, ölkənin dağlıq ərazilərində isə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 29-da Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq. Dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, dünən axşamdan başlayaraq, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Belə hava şəraitinin dekabrın 1-dək davam edəcəyi proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti