...

Bakıda güclü şimal küləyi əsəcək

Cəmiyyət Materials 29 Noyabr 2013 12:00 (UTC +04:00)
Sabah Bakıda güclü şimal küləyi əsəcək, ölkənin dağlıq ərazilərində isə sulu qar və qar yağacaq.
Bakıda güclü şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda güclü şimal küləyi əsəcək, ölkənin dağlıq ərazilərində isə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz saatlarında şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 30-da Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq. Dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 5-10, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, dünən axşamdan başlayaraq, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Belə hava şəraitinin dekabrın 1-dək davam edəcəyi proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti