...

Zakir Qaralov Şirvanda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 2 Dekabr 2013 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov dekabrın 13-də saat 11:00-da Şirvan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti