...

Azərbaycanda telefon danışıqlarına görə limitin tətbiqi istisna edilmir

Cəmiyyət Materials 3 Dekabr 2013 11:52 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqini istisna etmir.
Azərbaycanda telefon danışıqlarına görə limitin tətbiqi istisna edilmir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqini istisna etmir. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə deyib.

Nazirin sözlərinə göə, bu, ümumdünya təcrübəsidir. Ə.Abbasov qeyd edib ki, bu təcrübəyə uyğun olaraq, telefon danışığı da mobil danışıqlar kimi ödənişli olmalıdır: "Lakin hesab edirik ki, abonentlər bu gün hələ buna hazır deyillər. Bu məsələyə gələcəkdə baxıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti