...

"AZERNEWS": indi yeni görünüşdə

Cəmiyyət Materials 10 Yanvar 2014 10:21 (UTC +04:00)
Trend-in məlumatına görə, "AZERNEWS" qəzetinin və saytının daha da oxunaqlı və maraqlı olması üçün onun görünüşü və şrifti yenilənmişdir.
"AZERNEWS": indi yeni görünüşdə

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"AZERNEWS" yeni ildə oxucularına uğurlar arzulayır və qəzeti yeni dizaynda təqdim edir.

Trend-in məlumatına görə, "AZERNEWS" qəzetinin və saytının daha da oxunaqlı və maraqlı olması üçün onun görünüşü və şrifti yenilənmişdir.

İndi "AZERNEWS" yeni görünüşdə, parlaq dizayn, yeni, faydalı və maraqlı bölmələr və mövzularla nəşr olunur. Azərbaycanda və regionda baş verən proseslərin inkişafından hər zaman xəbərdar olmaq üçün "AZERNEWS" qəzetini oxuyun!

Yanvarın 10-da çıxan "AZERNEWS" onlayn qəzetinin yeni sayında oxucular əhalinin sürətli artım tempinə görə Azərbaycanın Avropada birinci olması, TASİM layihəsinin həyata keçməsi üçün lazım vəsait və kriteriyalar, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Naxçıvanda layihə edilmiş açıq hava muzeyi, Azərbaycanda ən tanınmış Amerikalı olan və 30 ilini muğamın öyrənilməsinə həsr etmiş Cefri Verbokun, əsrarəngiz Azərbaycan musiqisi haqqında düşüncələri, Şərqdə "bütün meyvələrin şahı" adlandırılan narın faydaları, müasir dünyada modanın insanların həyatına təsiri, həmçinin, əyləncəli, yeməli meyvə qaraskopu və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti