Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Almaniyanın Köln Universitetinin Tibb fakültəsində təhsil alan Azərbaycanlı tələbə Cavid Fətullayev həmin universitetin ürək və ağciyər cərrahiyyəsi sahəsində ən yeni tədqiqatlar aparan və həmin universitetin professor və müəllimlərindən təşkil olunmuş elmi tədqiqat qrupuna daxil edilib.
Trend-in məlumatına görə, bu universitetin tibb fakültəsində ürək və ağciyər cərrahiyyəsi sahəsində ən yeni tədqiqatlar aparılır.
Dövlət Proqramı çərçivəsində həmin universitetdə təhsil alan Cavid Fətullayev bu tədqiqat qrupuna daxil edilmiş ilk tələbə olmaqla ürək cərrahiyyəsi sahəsində Köln Universitetində aparılan ən qabaqcıl tədqiqatlarda iştirak etmək hüququ qazanıb. O, bu tədqiqat qrupuna daxil edilmiş yeganə tələbədir.
Tədqiqat qrupunun aldığı elmi nəticələr ciddi elmi jurnallarda çap olunur. Bu yaxınlarda C.Fətullayevin də həmmüəllifi olduğu iki elmi nəticə ABŞ Milli Tibb Kitabxanasına (US National Library of Medicine, National Institutes of Health) daxil edilib (www.pubmed.gov).
Məqalələrin ünvanları http://www.ncbi.nlm.nih.gov/pubmed/24370805 və http://www.ncbi.nlm.nih.gov/pubmed/24377791-dir.