...

20 Yanvar günü Abşeron şəhərətrafı zonada elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

Cəmiyyət Materials 15 Yanvar 2014 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.İsmayılov/

20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə daxil olan məlumata görə, Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada 20 Yanvarda saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

Yanvarın 20-si saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Bundan başqa, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti