...

Azərbaycanda uşaq bağçası açmaq istəyənlərin sayı artıb

Cəmiyyət Materials 23 Yanvar 2014 10:05 (UTC +04:00)
Azərbaycanda uşaq bağçalarının açılmasına olan maraq artıb.
Azərbaycanda uşaq bağçası açmaq istəyənlərin sayı artıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda uşaq bağçalarının açılmasına olan maraq artıb. Bu barədə Trend-ə Təhsil Nazirliyindən deyilib.

Nazirlikdən bildirilib ki, ötən il ərzində Təhsil Nazirliyinə lisenziya alınması və lisenziya müddətinin uzadılması məqsədilə 16 müraciət daxil olub. Onlardan 6-na lisenziya verilib, 6-na qanunvericiliyin tələbləri izah edilməklə cavab verilib. Müraciətlərin 4-ü isə hazırda icraatdadır.

Ötən il Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən məktəblər aşkar edilməyib. Keçən il ölkədə 14 təhsil müəssisəsi akkreditasiyadan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti