...

Daxili Qoşunların yeni komandanı Bakıda hərbi hissədə olub

Cəmiyyət Materials 26 Yanvar 2014 14:37 (UTC +04:00)
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yeləşən “N” saylı hərbi hissəsində olub.
Daxili Qoşunların yeni komandanı Bakıda hərbi hissədə olub

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yeləşən "N" saylı hərbi hissəsində olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi hissə komandanlığı gənc əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər, həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib.

Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri, eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb.

O, eyni zamanda, hərbi hissənin tibb məntəqəsində müalicə olunan gənc əsgərlərlə maraqlanıb, səhhətlərində əsasən mövsümü xəstəliklərin müşahidə olunduğu bir neçə hərbi qulluqçuların daima həkim nəzarətində olması tapşırığını verib.

Sonra ənənəvi olaraq əsgər valdeynləri ilə görüş keçirilib, onların fərdi qaydada müraciətləri dinlənilib. Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti