...

Mətbuat Şurasında Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2014 16:01 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri - qurumun baş tədqiqat əlaqələndiriciləri Zora Papova və Raul Karstosia, həmçinin layihə koordinatoru Tamari Bulia ilə görüşüb.
Mətbuat Şurasında Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri - qurumun baş tədqiqat əlaqələndiriciləri Zora Papova və Raul Karstosia, həmçinin layihə koordinatoru Tamari Bulia ilə görüşüb.

MŞ-dən Trend-ə verilən məlumata görə, Ə.Amaşov qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib. O, əsasən Şuraya daxil olan şikayətlər barədə söz açaraq bildirib ki, narazılıq doğuran media materiallarında kimlərəsə qarşı milli ayrı-seçkiliyin edildiyinə dair faktlar, demək olar, qeydə alınmır. Şura sədri Azərbaycanda çoxsaylı xalqların nümayəndələrinin yaşadıqlarını, onların öz ana dillərində kütləvi informasiya təsis etmələri üçün hər cür şəraitin mövcud olduğunu vurğulayıb.

Mərkəzin baş tədqiqat əlaqələndiricisi Z.Papova təmsil etdiyi qurumun ATƏT, Avropa İttifaqı və Avropa Şurası ilə sıx əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, Mərkəz əsasən konfliktlərin aradan qaldırılması, təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşıb. Digər avropalı qonaqlar çıxışlarında təşkilatın media ilə işinin müxtəlif istiqamətlərinə dair məlumat veriblər.

Qeyd edək ki, Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələrinin ölkəmizə yanvarın 26-dan 30-dək davam edən səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti lə reallaşdırılıb. Bu müddətdə qonaqlar qeyri-hökümət təşkilatlarının, kütləvi infarmasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti