...

Hüquqi şəxslərin dövlət qeydiyyatı və QHT-lər haqqında qanunlara edilən əlavə və dəyişikliklər müzakirə olunacaq

Cəmiyyət Materials 30 Yanvar 2014 19:00 (UTC +04:00)
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Milli Məclisin 17 dekabr 2013-cü ildə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara etdiyi əlavə və dəyişikliklər müzakirə olunacaq.
Hüquqi şəxslərin dövlət qeydiyyatı və QHT-lər haqqında qanunlara edilən əlavə və dəyişikliklər müzakirə olunacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Milli Məclisin 17 dekabr 2013-cü ildə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara etdiyi əlavə və dəyişikliklər müzakirə olunacaq.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda adıçəkilən qanunlara edilən əlavə və dəyişiklikləri hazırlayan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Ədliyyə Nazirliyi və QHT-lərdən olan ekspertlərin iştirakı nəzərdə tutulur.

Şuranın ofisində baş tutacaq görüşdə qanunvericiliyə edilən son əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti