...

Azərbaycanda sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

Cəmiyyət Materials 31 Yanvar 2014 12:17 (UTC +04:00)
Havaların sərt keçməsi ilə bağlı əlaqədar sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.
Azərbaycanda sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Havaların sərt keçməsi ilə bağlı sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, sərnişin daşımaları Departamenti sərnişin axınını nəzərə alaraq sərnişin qatarlarına əlavə vaqonun qoşulmasını təmin edir.

Ölkənin qərb istiqamətinə hərəkət edən sərnişin qatarlarına bu gün əlavə 8 vaqon qoşulacaq.

Digər sərnişin qatarlarına da tələbat olacağı təqdirdə əlavə vaqonların qoşulması təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti