...

Bakıda və Abşeron yarımadasında temperatur bu gecə iqlim normasından 7 dərəcəyədək aşağı olub

Cəmiyyət Materials 3 Fevral 2014 11:32 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında fevralın 2-dən 3-nə keçən gecə qeydə alınan orta sutkalıq temperatur iqlim normasından 7 dərəcəyədək aşağı olub.
Bakıda və Abşeron yarımadasında temperatur bu gecə iqlim normasından 7 dərəcəyədək aşağı olub

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakıda və Abşeron yarımadasında fevralın 2-dən 3-nə keçən gecə qeydə alınan orta sutkalıq temperatur iqlim normasından 7 dərəcəyədək aşağı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 7-9, bəzi ərazilərdə 11 dərəcəyədək şaxta təşkil edib.

Bu göstərici rekord göstərici deyil, lakin 2012-ci ilin göstəricisi təkrarlanıb.

Aran rayonlarında 7-10 dərəcə şaxta, Kiçik Qafqazın rayonlarında 20 dərəcəyədək şaxta, Böyük Qafqazın rayonlarında 11-15 dərəcə, bəzi ərazilərdə 21 dərəcəyədək şaxta, Naxçıvan Muxtar Respublikasında 11-17 dərəcə şaxta müşahidə edilib.

Bu gün səhər saatlarına olan məlumata görə, ən çox qar örtüyü Lənkəran-Astara bölgəsində, Lerikdə qeydə alınıb - 65 sm. Qarın qalınlığı Lənkəranda 35, Astarada 32, Böyük Qafqazın rayonlarında 23 sm-dək olub.

Abşeron yarımadasında qar örtüyü 5-6, Sumqayıtda 25 sm təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti