Azərbaycan, Bakı, 4 fevral / Trend/
Səudiyyə Ərəbistanı hakimiyyəti öz təşəbbüsü ilə xaricdə döyüşən krallıq tələbələrinin 3 ildən 20 ilədək həbs olunması barədə əmr imzalayıb. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər yayıb.
Livanın "Daily Star" qəzetinin saytı xəbər verir ki, əmrə əsasən, Ər-Riyadın terrorçu hesab etdiyi təşkilatı dəstəkləyənləri də beş ildən 30 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Daily Star" qeyd edir ki, Ər-Riyad Bəşər Əsəd rejiminə qarşı döyüşən Suriyanın bəzi müxalifət qruplarına dəstək göstərsə də, səudiyyəlilərin münaqişədə iştirakını təqdir etmir.