...

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı yeni qanunvericilik layihələri hazırlanıb

Cəmiyyət Materials 17 Fevral 2014 15:48 (UTC +04:00)
Əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğunlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı yeni qanunvericilik layihələri hazırlanıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğunlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Eyni zamanda, Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihə sənədi müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir.

Hər iki layihədə əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tamhüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara digər insanlarla bərabər şəkildə təhsil almaq və öz intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması, mövcud infrastrukturun həmin şəxslər üçün müyəssərliyinin təmin edilməsi və s. kimi məsələlər yer alıb (qanun layihəsi nazirliyin www.mlspp.gov.az saytında rəylər və təkliflər üçün yerləşdirilib).

Qeyd edək ki, Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına 2008-ci il oktyabrın 2-də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti