...

Masazırda yeni sürüşmə sahəsi yaranıb

Cəmiyyət Materials 18 Fevral 2014 11:20 (UTC +04:00)
Abşeron rayonunun Masazır qəsəbəsində yeni sürüşmə sahəsi yaranıb.
Masazırda yeni sürüşmə sahəsi yaranıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Abşeron rayonunun Masazır qəsəbəsində yeni sürüşmə sahəsi yaranıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl Masazırda - "Neaopol" restoranının arxa tərəfində torpaq çökməsi olan hissədə sürüşmə baş verib: "Bu, bilavasitə texnogen amilin nəticəsində baş verib. Orada ətraf ərazilərdə yaşayış sahələri yoxdur. Hazırda orada vəziyyət normaldır".

Mütəxəssis hesab edir ki, hələlik orada sürüşmə ərazisinin genişlənəcəyi gözlənilmir. Hazırda ərazidə müşahidələr davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti