...

Təhsil Nazirliyi ali təhsilin magistratura səviyyəsində qiyabi təhsil forması üzrə mütəxəssis hazırlığının dayandırılmasının səbəbini açıqladı

Cəmiyyət Materials 24 Fevral 2014 17:03 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali təhsilin magistratura səviyyəsində qiyabi təhsil forması üzrə mütəxəssis hazırlığının dayandırılmasının səbəbini açıqlayıb.
Təhsil Nazirliyi ali təhsilin magistratura səviyyəsində qiyabi təhsil forması üzrə mütəxəssis hazırlığının dayandırılmasının səbəbini açıqladı

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali təhsilin magistratura səviyyəsində qiyabi təhsil forması üzrə mütəxəssis hazırlığının dayandırılmasının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi "facebook" səhifəsində bildirilir ki, magistratura ali təhsilin ikinci səviyyəsi olaraq, təhsil alanlara yüksək ixtisaslı ali elmi-ixtisas dərəcəsi verir.

Nazirlik hesab edir ki, müasir dövrdə ali elmi ixtisas dərəcəli, xüsusilə təhsil ixtisasları sahəsi üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığı istehsalatdan ayrılmaqla əyani təhsil alma formasında mümkündür.

Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsil alma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Qeyd edək ki, Azərbaycanda 2014-2015-ci növbəti tədris ilindən bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması ilə bağlı plan yerlərinin sayı azaldılacaq. Magistratura pilləsində isə qiyabi təhsil formasına bakalavr qəbulu aparılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti