...

Azərbaycanda ödənişli əsaslarla təhsil alan hansı tələbələr pulsuz oxuya bilərlər?

Cəmiyyət Materials 25 Fevral 2014 14:21 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ödənişli əsaslarla təhsil alan hansı tələbələrin pulsuz oxumaq imkanın olduğunu açıqlayıb.
Azərbaycanda ödənişli əsaslarla təhsil alan hansı tələbələr pulsuz oxuya bilərlər?

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ödənişli əsaslarla təhsil alan hansı tələbələrin pulsuz oxumaq imkanın olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin suallarına cavab verilərkən bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Həmin kateqoriyalara aid olan tələbələr dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək olan şəxslərdir.

Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar.

Birinci kursdan sonra təhsil haqqı tam və ya tədris ilinin sonunadək hissə-hissə ödənilə bilər. Bu məsələ ali təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti