...

Türkiyədə 10 milyon insan avtobuslardan pulsuz istifadə edəcək

Cəmiyyət Materials 27 Fevral 2014 11:09 (UTC +04:00)
Qəzetin məlumatına görə, bunun üçün yaxın günlərdə xüsusi kartların əhliyə pulsuz paylanacağı gözlənilir.
Türkiyədə 10 milyon insan avtobuslardan pulsuz istifadə edəcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin təşəbbüsü ilə ölkədə şəhid ailələrinin üzvləri, əlillər və ahıllar şəhərdaxili və şəhərlərarası avtobuslardan pulsuz istifadə edəcəklər. Müvafiq sistem artıq hazırlanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazır.

Məlumata əsəsən, şəhid ailələrinin üzvləri, əlillər və ahıllar şəhərdaxili bütün nəqliyyat vasitələrindən, şəhərlərarası isə dəmiryol və dəniz nəqliyyatından pulsuz istifadə edəcəklər.

Qəzetin məlumatına görə, bunun üçün yaxın günlərdə xüsusi kartların əhliyə pulsuz paylanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti