...

Həftənin ilk iş günü Bakıda 13 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 2 Mart 2014 15:08 (UTC +04:00)
Sabahdan Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.
Həftənin ilk iş günü Bakıda 13 dərəcəyədək isti olacaq

Azərbaycan, Bakı, 2 mart /Trend/

Sabahdan Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-7°, gündüz 8-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 3-də hava əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti