...

Azərbaycanda 2013-cü ildə 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə xitam verilib

Cəmiyyət Materials 4 Mart 2014 13:10 (UTC +04:00)
Azərbaycanda 2013-cü il ərzində 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə isə xitam verilib.
Azərbaycanda 2013-cü ildə 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə xitam verilib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2013-cü il ərzində 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə isə xitam verilib. Buna hakimlərin işlərində ciddi nöqsan və çatışmazlıqlara yol vermələri səbəb olub. Trend xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsini təqdim edərkən bildirib.

Məruzədə ötən il 3 hakim barədə intizam icraatına baxılması da qeyd olunur.

E.Süleymanova deyib ki, 2013-cü ildə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Ombudsmanın ünvanına 697 müraciət daxil olub.

Müraciətlərdə məhkəmə qərarlarının icra edilməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlara münasibətdə kobud rəftar və s. hallar öz əksini tapıb. Edilən müraciətlər üzrə zəruri araşdırma aparılıb, həmin qərarların icrasına tam və yaxud qismən nail olunub.

Sənəddə göstərilir ki, qanunvericiliyin tələblərinin pozulmasına yol verdikləri üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ziya Əliyevin və Masallı rayon Məhkəməsinin hakimi Vidadi Nəsirovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Sabunçu rayon Məhkəməsinin hakimi Elşən Kazımova isə irad tutulub. Eyni zamanda birinci instansiya məhkəmələrinin qanunvericiliyin tələblərini pozan 4 hakimi barədə intizam icraatına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti