...

Bakıda tanınmış abidənin mühafizə zonası məhdudlaşdırılır

Cəmiyyət Materials 11 Mart 2014 17:21 (UTC +04:00)
Nazirin sözlərinə görə, tarixi abidəyə yaxın ərazidə yaşayan insanlar oradan köçürülməsi üçün maliyyə vəsaiti tələb edirlər. Nazirliyin isə buna imkanı yoxdur.
Bakıda tanınmış abidənin mühafizə zonası məhdudlaşdırılır

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "Yanar dağ" tarixi abidəsi ətrafında mühafizə zonasını məhdudlaşdırmağı düşünür.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın tədqimatına həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O, qeyd edib ki, buna səbəb abidəyə yaxın ərazidə yerləşən əhalinin köçürülməsi məsələsidir.

Nazirin sözlərinə görə, tarixi abidəyə yaxın ərazidə yaşayan insanlar oradan köçürülməsi üçün maliyyə vəsaiti tələb edirlər. Nazirliyin isə buna imkanı yoxdur.

Ə.Qarayev onu da bildirib ki, Qubanın Xınalıq kəndinin turizm mərkəzinə çevrilməsi nəzərdə tutulur. Bu məqsədlə həyata keçirilən layihə çərçivəsində orada yaşayan sakinlərin evlərinin damları yenilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti