Azərbaycan, Bakı, 17 mart /Trend/
Bakı şəhərində qasırğa ilə müşahidə olunan güclü külək əsir.
Trend-in məlumatına görə, güclü külək şəhər səmasını toza bürüyüb.
Küləyin sürəti mütəmadi olaraq artır, qısamüddətli azalmalardan sonra yenidən şiddətlənir.
Güclü külək Bakının bəzi rayonlarında elektrik enerjisi təminatında problemlər yaradıb.