Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir R.Hafizoğlu/
Bu gün Türkiyənin İstanbul şəhərində Novruz şənliklərinə start verilib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, keçiriləcək tədbirlər səbəbindən İstanbulda bəzi küçələr bağlanacaq.
Məlumatda o da qeyd olunur ki, təhlükəsizlik tədbirləri çərçivəsində 20 min polis gücləndirilmiş iş rejimində çalışacaq.
Qeyd edək ki, ötən gün Türkiyənin bir çox şəhərlərində, xüsusən də Qars, Diyarbəkir və Van vilayətində Novruz şənlikləri keçirilib.