...

Bakıda yeni yeraltı piyada keçidi inşa olunacaq

Cəmiyyət Materials 28 Mart 2014 11:42 (UTC +04:00)
Bakının Fətəli xan Xoyski prospektində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlanılır.
Bakıda yeni yeraltı piyada keçidi inşa olunacaq

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Bakının Fətəli xan Xoyski prospektində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlanılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, hazırda ərazi hasarlanıb. Onun sözlərinə görə, bu günlərdə ərazidə qazıntı və kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılacaq.

Piyada keçidi iki giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 120, eni 6, hündürlüyü isə 3 metr olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti